Leonardo Di Kaprio meymuna döndü, xəyanət etdi - FOTOSESSİYA

27 Oktyabr 2014 16:53

İngilis milyarder, 47 yaşlı Ceyms Parker dünən ABŞ-ın Los-Anceles şəhərindəki gecə klublarından birində səhərədək əylənib.
 

Milyarderin təşkil etdiyi əyləncənin qonaqları arasında 22 yaşlı aktrisa və model Brodi Cenner, aktrisa Bryana Holli, Hollivud ulduzu Leonardo Di Kaprio və prodüser Brett Ratner də vardı.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, Ceyms Parker iki həftə əvvəl Los-Ancelesdə prodüser Brett Ratrerlə şərikli olaraq "RatPac Entertainment" prodüsinq şirkətini yaradıb.
 

Leonardo Di Kaprio gecədə tanınmamaq üçün başına qorilla maskası keçirsə də, bir qədər sonra içib sərxoş olub və maskanı çıxarıb.

"Meymuna döndüm, amma bəsdir", - 39 yaşıl Leonardo gülərək deyib.
 

O, ziyafəti Holli ilə bir maşında tərk edib.
 

Reportyorlar Leonardo Di Kaprionun davranışını sevgilisi Toni Qarrna xəyanət kimi səciyyələndiriblər.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.