Sosial şəbəkə "aşiq"ləri çılpaq qala bilər - FOTO

28 Oktyabr 2014 21:14

ABŞ-dakı Nyu-York Universitetinin tələbələri Heydi Çen və Pedro Oliveyra çağdaş cəmiyyət üçün aktual olan layihə hazırlayıblar. Tələbələrin "x.pose" adlı korsetindəki fraqmentlər sahibəsinin internetdəki aktivliyindən asılı olaraq şəffaflaşır.
 

Milli.Az Mashable-a istinadən bildirir ki, korsetin geymiş xanım sosial şəbəkələrdə və internetdə fəallaşdıqca korset "nazilir", sonucda tam şəffaf olur.
 

3D printerdə çap edilmiş koretin panelləri internet trafikindən asılı olaraq dəyişir.
 

Milli.Az