Azərbaycanlı müğənninin avtomobilini cərimə meydançasına apardılar
27 Oktyabr 2014 15:45
Müğənni Xatun Əliyevanın avtomobilini bu səhər cərimə meydançasına aparıblar
Milli.Az axsam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Hər şey daxil" verilişində deyib.
O, səhərin onun üçün o qədər də xeyirli açılmadığını bildirib: "Gün mənim üçün uğurlu başlamadı. Avtomobilimi cərimə meydançasına apardılar. Maşınımın şüşələrində qara plyonka var. Onu dəyişdirməliyəm. Buna görə də, polis məni cəzalandırdı".