Dilqəm Əsgərov və Şahbaz Quliyevin "məhkəmə"si başladı

27 Oktyabr 2014 15:36

Xankəndidə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində "məhkəmə" başlayıb

APA-nın "News.am"a istinadən verdiyi məlumata görə, girovların müdafiəçiləri kimi separatçı rejim tərəfindən təyin olunmuş "vəkillər" Erik Beqlaryan və Arkadi İsraelyan "proses"ə çıxıblar.

Separatçılar tərəfindən irəli sürülən iddiaya görə, Ş.Quliyev, D.Əsgərov və Ermənistan hərbçiləri tərəfindən öldürülmüş Həsən Həsənov silah və hərbi sursatla 2014-cü il iyunun 29-da "qanunsuz şəkildə sərhədləri keçib və kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olublar".

Onlar iyulun 4-də Smbat Mexakoviç Tsakanyan adlı yeniyetmənin öldürülməsində də ittiham olunurlar.

Azərbaycan XİN isə bəyan edib ki, qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə təşkil etməyə heç bir hüquqi əsası yoxdur və bu saxta məhkəmə tərəfindən qəbul ediləcək qərar heç bir hüquqi gücə malik ola bilməz.

Milli.Az