Milli.Az gecce.az-a istinadən xəbər verir ki, teleaparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evlənməsi haqqında "Gün üzü" verilişində açıqlama verib.
"Bu günə qədər şəxsi həyatımla gündəmə gəlməmişəm və gəlmək belə istəmirəm. Xəbəri təsdiqləyirəm, rahat olun. Mən, Xoşqədəm Hidayətqızı olaraq heç bir maqazin proqramlarında bu günə qədər olmadım. Bunu Azərbaycan tamaşaçıları yaxşı bilir. Mən ciddi işlərlə gündəmə gəldim. Doğuş mənə evlilik təklif edəndə bilirdim yazılacaq, birmənalı qarşılanmayacaq. Amma bu qədərini təsəvvür etmirdim.
Bir həftə boyunca evlənib rəsmi nikaha girən insan haqqında danışmaq nə dərəcədə doğrudur? Cavabı bəndə yox, Allah verir. Mən və Doğuş istəyirdik ki, bu, mətbuata çıxmasın. Bəziləri bunu reklam, piar, serial, klip kimi başa düşdü. Mən bu günə qədər hansısa klipdə çəkilmişəm? Artıq öyrənmişəm, 1 həftədir saytları oxuyuram. Biz qərar verib evlənmişik. Bu, rəsmi nikahdır. İstəməzdik ki, özəl həyatımızla gündəmə gələk. Bizim sevgimiz filmlərdə gördüyünüz sevgidir. Doğuş çox romantikdir. Onun evlilik təklifi romanlarda oxuduğunuz sevgi təklifi idi".