Aydın Əliyev vətəndaşlarla görüşəcək
27 Oktyabr 2014 14:35
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 31-də saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 5) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsindən Trend-ə bildiriblər ki, qəbul zamanı bölgədə yerləşən rayonların - Şəmkir, Gədəbəy, Samux rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Milli.Az