Bakıda yol kənarında durmaq təhlükəlidir

27 Oktyabr 2014 14:04

Bilgəh qəsəbəsində iki avtomobiliun toqquşması yolun kənarında dayanan vətəndaşın ölümünə səbəb olub

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 26-da saat 19 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsində Bakı şəhər sakini Mehdiməhəmməd Məmmədovun idarə etdiyi "MG" və Qobustan rayon sakini Kamran Zülfüqarovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub, idarəetmən itirmiş K.Zülfüqarov yolun kənarında dayanmış qəsəbə sakini Zakir Əmirovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az