"Dnepr"in baş məşqçisi: "Bu, anormal haldır"

27 Oktyabr 2014 14:50

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Dnepr"in baş məşqçisi Miron Markeviç komandasının ev oyunlarını Kiyevin "Olimpiski" stadionunda keçirməsindən narazılığını ifadə edib. Mili.Az goal.az-a istinadən xəbər verir ki, yerli mətbuata müsahibə verən təcrübəli mütəxəssis təyyarədə meydandan daha çox vaxt keçirdiklərindən gileylənib.

"Biz məşq etməkdən daha çox təyyarədə otururuq. Bu, anormal haldır. Dneprepetrovskda oynamağa niyə razı olmadılar, bilmirəm. Orada çoxdan sakitçilikdir. Nəyə görə Kiyevə uçub nəhəng və boş stadionda oynamalıyıq? Bunu düzgün hesab etmirəm".

Milli.Az