Joze Mourinyo nəticədən narazı qalıb

27 Oktyabr 2014 14:38

İngiltərə Premyer Liqasının 9-cu turunda "Manchester United"in qonağı olan "Chelsea" cari mövsümdə ikinci xal itkisinə məruz qaldı. Oyundan sonra medianın qarşısına çıxan baş məşqçi Joze Mourinyo oyun haqqında fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəsis komandasının oyunundan razı qalsa da, qələbəni əldən verdikləri üçün üzüldüyünü dilə gətirib.

""Manchester United"ə qarşı yaxşşı oyun nümayiş etdirdik. Ötən mövsüm də "Old Trafford"dan bərabərliklə ayrılmışdıq. Amma o vaxt etdiyimizlə bu gün etdiklərimizi yan-yana qoyduqda komandanın inkişafını aydın görmək mümkündür. 1 xal bizi qane etmir. Çünki hazırda "Chelsea" çox yaxşı oyun göstərir. İvanoviçin qırmızı vərəqə alması ilə bağlı referiyə sözüm yoxdur. Sadəcə deyə bilərəm ki, birinci hissəni yaxşı, ikinci yarını isə fantastik keçirdik".
 

"Didye Droqba haqqında danışmaq istəmirəm. Bu, başqa oyunçulara qarşı ədalətsizlik olardı. Droqba cəmi 1 həftə məşqlərə başlamış oyunçu üçün əla oynadı. Amma Kurtuadan başlamış, bütün oyunçulara qədər hamıdan razı qaldım. Hazard təşəbbüskar oyunçudur. O, böyük matçlarda məsuliyyəti üzərinə götürmək, topu özündə saxlamaq və qol vəziyyətləri yaratmaqla bunu göstərir. Hazard günü-gündən inkişaf edir. "Chelsea" ən yaxın izləyicisini 4 xal qabaqlayır. Növbəti həftə alınan nəticədən asılı olmyaraq, zirvədə qalacağıq. Başqalarına baxmaq üçün hələ tezdir. Oyunumuz gözəl olsa da, nəticə qənaətbəxş deyildi".

Milli.Az