"Tezliklə Avropada da sözümüzü deyəcəyik

27 Oktyabr 2014 14:46

"Çelsi" ilə oyunda son dəqiqə qolu ilə "Mançester Yunayted"ə bir xal qazandıran Robin van Persi oyun haqqında fikirlərini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland hücumçu diqqəti "Yunyted"in yaratdığı qol vəziyyətlərinə yönəldib:

"Bizim son dəqiqə qolumuz azarkeşlər, futbolçular və "Mançester Yunayted"də olan hər kəsə yüngüllük gətirdi. Bütün stadion ayaq üstdə idi və bu, komandaya böyük stimul verir. Yaradılan qol imkanarına nəzərə salsaq, biz 1 və ya 2 qol vurmalı idik. Statistikaya görə, "Yunayted" 90 dəqiqədən sonra 0-1 geridə idi. Bu, hər şeyi göstərmir. Amma əldə etdiyimiz şanslardan yaralanmaq lazımdır".

Van Persi sarı vərəqə aldığı qol sevinci haqqında sualı da cavablandırıb:

"Bilirəm ki, futbolkanı çıxarmaq olmaz. Lakin bəzən hər şey üst-üstə gəlir və özünü belə, unudursan. Həmin an bu cür şərait yaranmışdı. Əsas olan oyundan xal qazanmaqdır. Çünki buna, həqiqətən də, layiqdik. "Çelsi" müdafiəni möhkəmləndirib boş sahələri bağlamışdı. Mourinyo bu bacarığına görə tanınır. Ona görə "Çelsi" qol vursa, işin çətinə düşəcəyi məlumdur. Amma biz inamımızı itirmədik və qol axtarışını davam etdirdik. Futbolçular və bizi dəstəkləyən fanatların sayəsində komanda möhtəşəm oyun göstərdi".

Hollandiyalı forvard gələn həftə keçiriləcək Mançester derbisi haqqında da fikirlərini bildirib.

"Mançester Siti" ən yüksək pilləyə qalxmağa çalışır. Bu gün göstərdik ki, İngiltərənin ən yaxşı klubları ilə oynaya bilirik. Düşünürəm ki, tezliklə, Avropada da sözümüzü deyəcəyik. Komanda inkişaf prosesi keçir. Günü-gündən artırırıq. "Çelsi" ilə oyun buna sübutdur."

Milli.Az