Xoşbəxt Yusifzadə: "Azərbaycanın ümumi karbohidrat ehtiyatları 10 milyard ton həcmində qiymətləndirilir" - FOTO

27 Oktyabr 2014 13:19

Azərbaycanın proqnozlaşdırılan qaz ehtiyatları 3,35 trilyon kubmetr, neft ehtiyatları isə 2 milyard ton həcmində qiymətləndirilir

Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik Konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,55 trilyon kubmetr, ölkənin təsdiq edilmiş neft ehtiyatları isə 2 milyard ton səviyyəsindədir.

X.Yusifzadə qeyd edib ki, ümumilikdə ölkənin neft-qaz ehtiyatları neft ekvivalentində 10 milyard ton həcmində qiymətləndirilir.

ERRA-nın illik konfransında 100-dən artıq tənzimləyici orqanın 300-ə yaxın nümayəndəsi, ekspertlər, investorlar, alimlər, istehlakçılar, ətraf mühitin qorunması üzrə təşkilatların, inkişaf üzrə agentliklərin nümayəndələri, Mərkəzi və Şərqi Avropa, Şimali Amerika ölkələrindən başqa mütəxəssislər iştirak edirlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.