Macarıstanın İstanbuldakı baş konsulluğuna sarı toz göndərilib. Milli.Az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, səfirliyə göndərilən toz narahatlığa səbəb olub.
Şübhəli toz barədə müvafiq qurumlara məlumat verilib.
Konsulluq işçiləri bu gün işə başlayarkən daxil olan məktubları yoxlayıblar. Zərflərin birini açanda isə sarı rəngli toz tökülüb. Həmin məktub konsulluğa oktyabrın 24-də göndərilib.