Qohumları Nadir Qafarzadəni biabır eləmək istədilər

27 Oktyabr 2014 12:06
Müğənni Nadir Qafarzadə qohumları tərəfindən şantaj olunduğunu deyib
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı bu barədə 106.3 FM-də dj Kazımın qonağı olarkən deyib:

"Bu həyatda heç kimə inam yoxdur. Bəzən oğluma da deyirəm ki, sənə inanmıram. Baxmayaraq ki, mən ailəmdən və övladlarımdan çox razıyam. Mən ailəmdən savayı bir çox qohumlarıma maddi yardım edirəm.

Bəzən bu yardım gecikəndə məni şantaj edirlər. Hətta bu yaxınlarda qohumum mənə zəng edib dedi ki, pul göndərməsən, Zaur Baxşəliyevin "Öz aramızda" verilişinə çıxacağıq. Təsəvvür edin, soyadımı daşıdığım adamlar bunu deyirlər. Mən bundan sonra kimə inanmalıyam?"

Milli.Az