"Fənərbağça"nın sabiq baş məşqçisi yeni klub tapdı

27 Oktyabr 2014 11:00
"Fənərbağça"nın sabiq baş məşqçisi Aykut Kocamanın yeni iş yeri bəlli olub.

Milli.Az skorer.com.tr-yə istinadən xəbər verir ki, Kocaman Türkiyə Super Liqasında çıxış edən "Konyaspor" ilə anlaşdı. Tərəflər arasında rəsmi müqavilə sabah bağlanacaq. "Konyaspor"un Aykut Kocamanla 1.5 illik müqavilə bağlayacağı bildirilir.

Milli.Az