Türkiyədə dəhşətli virusla əlaqədar 49 xəstəxana ayrıldı
27 Oktyabr 2014 11:12
Türkiyənin 43 vilayətində "Korona" virusuna yoluxma təhlükəsi ilə əlaqədar ümumilikdə 49 xəstəxana ayrılıb.
Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, oktyabrın 24-də ölkədə ilk dəfə "Korona" virusundan ölüm faktı aşkarlanıb.
Məlumat üçün bildirək ki, bundan əvvəl Türkiyədə Ebola virusu təhlükəsi ilə əlaqədar 49 xəstəxana ayrılmışdı.
Milli.Az