Azərbaycanda kişini evindən qayıqla çıxardılar
27 Oktyabr 2014 10:07
Lənkəranda sel sularında boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub.
APA-nın məlumatına görə, hadisə ötən gecə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb.
İntensiv yağışlar nəticəsində kənd sakini Kamil Şiriyevin evini və həyətyanı sahəsini su basıb. Evini vaxtında tərk edə bilməyən K. Şiriyev suyun səviyyəsi getdikcə qalxdığından Fövqəladə Hallar Nazirliyinə zəng vurub.
Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin xüsusi riskli xilasediciləri cəlb olunublar.
Hava şəraitinin yağmurlu olması xilasedicilərin işini çətinləşdirsə də, lazımi təhlükəsizlik tədbirləri görülüb. K. Şiriyevi təhlükəli zonadan uzaqlaşdırmaq üçün qayıqdan istifadə edilib. Evdən çıxarılaraq qayığa mindirilən K. Şiriyev xilas edilərək yaxınlarına təhvil verilib.
Milli.Az