Məşhur aktrisanın sultanlara layiq şərti - VİDEO

27 Oktyabr 2014 10:34

"Maaşım 100% artmalı, təyyarə və kirayə pulum ödənməlidir"

"Möhtəşəm yüz il" serialındakı "Hürrəm Sultan" obrazı ilə məşhurlaşan və sonradan "tükənmişlik" sindromu ilə Türkiyəni tərk edərək Almaniyaya gedən məşhur aktrisa Məryəm Üzərli yenə də gündəmdədir.

Anspress-in məlumatına görə, yeni layihəsi ilə Türkiyəyə gəlməyə hazırlaşan aktrisa birlikdə gələcəyi meneceri Deni Llyonsla eyni evdə qalmağa qərar verib.

Heç kimə "Yox" deyə bilmədiyi üçün Türkiyədə çətinlik çəkən gözəl aktrisanın bütün görüşlərini eyni evi paylaşacağı meneceri onun yerinə aparacaq.

Sirr kimi saxladığı yeni serialı ilə qarşıdan gələn mövsümdə ekrana qayıtmağa hazırlaşan Məryəm Üzərli bu dəfə şərtlərinin öz istədiyi kimi olması üçün her şeyi edib. Onun şərtləri isə bunlardır:

"Əmək haqqına 100% artım olacaq, hər bölüm üçün 60 min TL alacaq. Ona ayrıca İstanbulda kirayə ev tutulacaq, kirayə pulunu isə rejissor ödəyəcək. Həmçinin həftənin üç günü M.Üzərli Almaniyada olacaq, təyyarə biletinin pulunu da rejissor ödəyəcək".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.