"Miqrant-2014" əməliyyatı noyabrın 2-dək davam edəcək
Moskvada polisin keçirdiyi "Miqrant-2014" əməliyyatı çərçivəsində 4 günə 14 min əcnəbi tutulub.
Anspress-in məlumatına görə, bu barədə TASS agentliyi Moskva polisindəki mənbəsinə istinadən xəbər yayıb.
Mənbənin bildirdiyinə görə, oktyabrın 23-dən başlayan "Miqrant-2014" əməliyyatı noyabrın 2-dək davam edəcək.
Mənbə bildirir ki, son bir gündə miqrantlar tərəfindən həyata keçirilən 100 cinayət hadisəssi qeydə alınıb.
Qeyd edək ki, bu il Rusiyada miqrantlarla bağlı qanuna dəyişiklik edilib. Rusiya prezidenti Vladimir Putin Xüsusi Miqrasiya Təşkilatları haqqında Rusiya Federasiyası qanunvericiliyinin təkmilləşdirilməsi və Rusiya Federasiyasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında federal qanun imzalamışdı.