İŞİD kürd partiyasının qərargahını topla atəşə tutdu

27 Oktyabr 2014 10:30

Peşmərgə silahlıları şəhərin şərq hissəsindən terrorçuların mövqelərini hədəfə alıblar

Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərində İŞİD terrorçu qruplaşması ilə kürd qüvvələri arasında qarşıdurmalar olub.

Anspress-in məlumatına görə, İŞİD silahlılarının bir qədər əvvəl Kobanidə şəhər mərkəzini ələ keçirmələrinə dair xəbərlər yayılmışdı.

Məlumata görə, ötən gün tərəflər arasında baş verən qarşıdurmalar zamanı İŞİD-çilər kürd partiyası PYD-nin baş qərargahını topdan və digər ağır artilleriyadan atəşə tutublar. Peşmərgə silahlıları isə şəhərin şərq hissəsindən terrorçu qruplaşmanın mövqelərini hədəfə alıblar.

Gün ərzində qarşıdurmalar davam etsə də, anti-İŞİD koalisiyasına məxsus qırıcıların İŞİD-çilərə müdaxiləsi müşahidə olunmayıb.

Milli.Az