Saç boyası qadını məhv etdi - FOTO 13+
27 Oktyabr 2014 09:52
Co Tomson tanınmış markalardan birinin məhsulu ilə saçını boyamaq istəyib
İngiltərədə qadının saçını rəngləmək istəməsi cildinin yanması ilə nəticələnib.
Anspress
-in məlumatına görə, 39 yaşlı Co Tomson tanınmış markalardan birinin məhsulu ilə saçını boyamaq istəyib.
Qadın boya qutusunun üstündə yazılmış təlimatlara riayət etdiyini iddia etsə də nəticə onun üçün ürəkaçan olmayıb.
Belə ki, onun bədəni boyaya allergik reaksiya göstərib və üzündə, qulaqlarında və boynunda yaralar meydana gəlib.
Başına gələnlərdən sonra şoka girən qadın sadəcə saçını boyamaq istədiyini deyib.
"Mən sadəcə saçımı boyamaq istəmişdim. Amma az qala öləcəkdim".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.