"Yerli şou-biznesimiz ürəyimi bulandırır"

27 Oktyabr 2014 09:30
Çingiz Mustafayev "Onlar"da üsyan edib
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, sənətçi ölkədən getməyi planlaşdırır. Şou-biznesin gedişatından narazılığını bildirən Çingiz şansını başqa ölkələrdə sınayacaq:

"Çox çalışdım. Başqa ölkələrə üz tutacam. Onsuz da bir ayağım buradadır. Ailəm, sevdiklərim hamısı buradadırlar. Bu ölkədəki musiqi ilə əlaqəli olan çox şey məni qane etmir. Bu sahədə olmaq istəyirsənsə, daim yalandan gülməlisən.
 
Oxuduğun mahnılarında belə ürəyini yox, beynini işlətməlisən. Sevilmək, toylara getmək istəyirsənsə, tamaşaçının zövqünə görə mahnı oxumalısan. Nə radio, nə də televiziya izləyə bilmirəm. Artıq bunlar mənim ürəyimi bulandırmağa başlayıb". 

Milli.Az