Miqrantlara etiraz edən almanlar öz polislərini döydülər

27 Oktyabr 2014 09:19

Neonasistər islamçılara və miqrantlara qarşı etiraz aksiyası keçiriblər

Almaniyanın Köln şəhərində islamçı ekstremizmə qarşı keçirilən etiraz aksiyası sonda təhlükəsizlik qüvvələri ilə fəallar arasında qarşıdurmalara səbəb olub.

Anspress-in məlumatına görə, Köln futbol klubunun azarkeşləri matçı izlədikdən sonra şəhərin mərkəzində toplaşaraq etiraz aksiyası keçiriblər.

İcazəsiz aksiyaya polis müdaxilə edib. Fəallar daş və yanıcı-kəsici maddələrlə polisə hücum ediblər.

Polis isə təzyiqli su ilə aksiyanı dağıtmağa çalışıb. Aksiya iştirakçıları polis avtomobillərini aşırıblar.

Qarşıdurmalarda zorakılıq törədən 6 nəfər həbs olunub. Toqquşmalar zamanı 13 polis əməkdaşı və 1 etirazçı xəsarət alıb.

Məlumata görə, aksiya neonasist qruplaşma tərəfindən təşkil edilib. Fəallar, eyni zamanda, "xaricilər getsinlər" şüarları ilə çıxış ediblər.

Milli.Az