Ərlə arvadı qırıcı şoka saldı - FOTO

27 Oktyabr 2014 12:39
"Yamacda durub ətrafımızdakı gözəlliyə, əsrarəngiz təbiət mənzərələrinə baxırdıq. Qəflətən dəhşətli uğultu səsi gəldi. Qorxudan yerimizdə donub qalmışdıq. Bir də gördük ki, başımızın üstündən qırıcı təyyarə keçdi. Təyyarə o qədər aşağıdan uçurdu ki, kabinədəki pilotların üzlərini belə, gördük".

İngiltərənin Cənubi York qraflığındakı Donkaster şəhərinin sakini Kreyq Slumanın dediyinə görə, Snoudon dağının yaxınlığında xanımı Pola ilə gəzintidə olanda qırıcı təyyarə onların başlarının üstündən keçib.
 

Sluman təyyarənin ən uzağı 140 metr yüksəklikdə uçduğunu söyləyib.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniya Kral Hərbi-Hava Qüvvələrindən faktı təsdiqləyiblər.
 

Rəsmi açıqlamaya görə, həmin gün HHQ-nin "Tornado GR4" modelli qırıcı təyyarəsi Snoudon dağının cənub yamacından uçaraq keçib: "Uçuşlarda Norfolk qraflığındakı Merhem aviabazasının təyyarələri iştirak edib".
 

Olay Snoudon dağından cənubda, Kedeyr İdris adlanan dağın yamacında baş verib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.