Gülümsəyən diktator 6 nazirin "başını yedi" - FOTO

27 Oktyabr 2014 10:57

Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen In dünən paytaxt Pxenyanda inşa edilmiş yeni Körpələr Evinə baş çəkib.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, 31 yaşlı diktatoru ölkənin güc strukturlarının rəhbərləri və marşallar müşayiət ediblər.
 

Sağ əlində əsa olan və axsayaraq yeriyən diktator ata-anasız uşaqlar üçün inşa edilmiş mərkəzdə olarkən gülümsəyirdi.

Körpələr Evinin ziyarət olunmasında Kim Çen Inı müşayiət edən şəxslərin arasında bir sıra məmurlar yoxdu.
 

Şimali Koreyanın telekommunikasiya və rabitə naziri, Hərbi-Hava Qüvvələrinin komandanı, habelə idman, iqtisadiyyat, maliyyə nazirləri gözə dəyməyiblər. Bu adamlar artıq 6 aydır ki, heç bir rəsmi tədbirə qatılmırlar.
 

İddialara görə, sözügedən məmurlar vəzifələrindən kənarlaşdırılıblar. Onların həbs edildiyi, bəzilərininsə edam olunduğu vurğulanır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.