Müğənni həmkarını belə ələ saldı - FOTO

27 Oktyabr 2014 11:09
Məşhur amerikalı aktrisa, müğənni və rəqqasə Karmen Elektra həmkarını, dünyanın ən populyar müğənnilərindən biri Keti Perrini ələ salıb.

Özü də çox incə, zərif şəkildə.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, əslən Ohayo ştatından olan 42 yaşlı Karmen Elektra amerikalıların çox sevdikləri bayramlardan olan Hellouin Günü münasibətilə özünü Keti Perriyə bənzəib.
 

Başına parik qoyan və Perri kimi geyinən Karmen Elektra 2010-cu ilin hiti "California Curl" klipindəki obrazda idi.
 

Əsl adı və soyadı Tara Li Patrik olan Karmen Elektra "Baywatch" serialındakı rolundan sonra məşhurlaşmışdı.

Karmen Elektra müğənni Ember Rouzun ad günündə də Keti Perriyə sataşmışdı.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.