Mətbəx sirləri: Halvalı biskvit ruleti
5 Noyabr 2014 07:00
Milli.Az halvalı biskvit ruletinin hazırlanma qaydasını təqdim edir
Tərkibi:
xəmir:
60 q şəkər tozu
60 q un
2 ç.q. qabartma tozu
1 çimdik duz
2 yumurta
iç:
120 q tum halvası
40 q kərə yağı
Unu qabartma tozu və duzlu birlikdə ələyin. Şəkər tozu əlavə edib qarışdırın.
Yumurtaları əlavə edib çalın.
Siniyə perqament döşəyin, yağlayın. Xəmiri içinə töküb yayın (5-7 mm qalınlıqda olmalıdır).
180 dərəcə qızdırılmış sobada 7-10 dəqiqə bişirin. İsti-isti rulet kimi büküb soyudun (amma balansı gözləmək lazımdır: çox soyudanda sonra açıb iç çəkmək çətin olur, qırılır, çox da isti açanda iç əriyir).
Halvanı bıçaqla xırdalayın, yaxud sürtgəcin iri gözündən keçirin, yağ əlavə edib çalın.
Biskviti açın, iç çəkin, sonra yenidən rulet kimi bükün və dərhal soyuducuya qoyun.
Nuş olsun!
Resept: vk.com/vk_cook
Milli.Az