Mətbəx sirləri: Tomatlı peçenyelər
4 Noyabr 2014 07:00
Milli.Az tomatlı peçenyelərin hazırlanma qaydasını təqdim edir
Tərkibi:
12 x.q. tomat şirəsi (və ya 2 x.q. tomat pastasını 10 x.q. su ilə həll edin)
10 x.q. bitki yağı
1 ç.q. soda
1 st. şəkər tozu
4 st. un
1 paket vanilli şəkər (zövqə görə)
Tomat şirəsi, bitki yağı, soda (söndürmək lazım deyil), şəkər tozu, vanili qarışdırın. 3 st. un əlavə edib xəmir yoğurun. Arada 1 st. unu da az-az əlavə edin.
Xəmir yumşaq, azca ələ yapışan olmalıdır.
Masanın üzərinə un səpib xəmiri 5 mm qalınlıqda yayın, qəliblərin köməyilə müxtəlif formalarda kəsin.
Siniyə bitki yağı çəkin, peçenyeləri düzüb 180-200 dərəcə qızdırılmış sobaya qoyun.
10-15 dəqiqə bişirin.
Nuş olsun!
Resept: vk.com/vk_cook
Milli.Az