Mətbəx sirləri: "Zümrüd" salat
3 Noyabr 2014 07:00
Milli.Az zümrüd rəngli salatın hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
400 q toyuq əti
1 baş soğan
100 q pendir
2 pomidor
4 yumurta
3 kivi
300 q mayonez
duz, istiot
Toyuq ətini duzlu suda tam hazır olanadək bişirin. Soyudub xırda doğrayın.
Soğanı xırda doğrayın.
Pendiri sürtgəcin iri gözündən keçirin.
Pomidoru xırda kubik doğrayın.
Yumurtanı suda bişirin, soyudun, qabığını təmizləyib sürtgəcin iri gözündən keçirin.
Kivinin qabığını təmizləyib lay-lay doğrayın.
Salatı lay-lay düzün: toyuq + soğan + mayonez + pendir + təzə pomidor + soğan + mayonez + yumurta + mayonez. Üzərinə kivi düzün.
Nuş olsun!
Resept: vk.com/academy_main
Milli.Az