Mətbəx sirləri: Kartoflu bulkalar
2 Noyabr 2014 07:00
Milli.Az kartoflu bulkaların hazırlanma qaydasını təqdim edir
Tərkibi:
250 q un
125 q kartof
125 q motsarella pendiri
2 yumurta
25 q kərə yağı
2 x.q. zeytun yağı
0,5 ç.q. duz
Sobanı 180 dərəcə qızdırın.
Kartofu suda bişirin, suyunu süzün, kərə yağı əlavə edib püre hazırlayın.
Xəmir üçün olan bütün ərzağı mikserdə eynicinsli hala gələnədək çalın.
Xəmirdən kiçik kündələr tutun, sobada 20-30 dəqiqə bişirin.
Şorbalarla əla dadır.
Nuş olsun!
Resept: vk.com/academy_main
Milli.Az