Mətbəx sirləri: Nutellalı hörük - FOTO
1 Noyabr 2014 07:00
Milli.Az nutella ilə hörük formasında pirojnaların hazırlanma qaydasını təqdim edir
Tərkibi:
0,5 ç.q. quru maya
1 st. isti su
2,5 st. un
1 ç.q. duz
1/3 st. nutella
qarğıdalı unu
1 yumurta + 1 x.q. su
Mayanı 1/4 st. isti suda əridin, 10 dəqiqə saxlayın.
Unu duzla qarışdırın, mayanı və suyun qalanını əlavə edin, xəmir yoğurun. Bir qədər yapışqan alınmalıdır. Yağlanmış ləyənə qoyub üzərinə nəm dəsmal çəkin, isti yerdə 1 saat saxlayın.
Masanın üzərinə qarğıdalı unu səpin, xəmiri dördbucaqlı formada yayın. Kənarlarında bir qədər yer saxlayaraq nutellanı üzərinə yayın. Sıx rulet bükün. İçinə perqament döşənmiş siniyə qoyun. Üzərinə qarğıdalı unu səpin. Ruleti uzunasına iki yerə bölün, şəkildə gördüyünüz qaydada burun. Üzərinə dəsmal çəkib 20 dəqiqə saxlayın. Yumurtanı 1 x.q. su ilə çalıb üzərinə çəkin.
Sobanı 190 dərəcə qızdırın. 20 dəqiqə bişirin. Sonra dərəcəni 220-dək artırın, təxminən 5-7 dəqiqə bişirin. Üzəri qızılı-qəhvəyi rəng almalıdır. Süfrəyə verməzdən əvvəl soyudun.
Nuş olsun!
Resept: vk.com/vk_cook
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.