Mətbəx sirləri: Toffili peçenye

31 Oktyabr 2014 07:00
Milli.Az toffi kremli peçenyelərin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 st. un
120 q kubik doğranmış soyuq kərə yağı
4 x.q. qəhvəyi şəkər tozu

toffi kremi:

50 q kərə yağı
4 x.q. qəhvəyi şəkər tozu
400 q qatılaşdırılmış süd

üzərinə:

150 q südlü şokolad
30 q fındıq

(bu peçenye üçün 23 sm tərəfli kvadrat forma gərəkdir).

Unu ələyin, kərə yağı əlavə edib əlinizlə ovxalayın, şəkər tozu əlavə edib xəmir yoğurun.

Siniyə perqament sərin, xəmiri döşəyib çəngəllə deşikləyin.

180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, xəmir qızılı rəng alanadək bişirin.
Sinidə soyudun.

Krem: teflon qazana yağ, şəkər tozu və qatılaşdırılmış süd töküb vam odda, kütlə qatılaşanadək, daim qarışdıraraq bişirin. Qaynayandan sonra ocağı daha da azaldın, təxminən 5 dəqiqə (daha çox da ola bilər), kütlə qatılaşıb, sarımtıl rəngə çalana və qazanın kənarlarından aralananadək bişirin.
 
Kremi korjun üzərinə çəkin. Soyudun.

Şokoladı su hamamında əridin. Kremin üstünə fındıqları düzün, üzərinə ərinmiş şokoladı çəkin, soyuq yerə qoyun.

Nuş olsun!

Resept: vk.com/vk_cook

Milli.Az