Mətbəx sirləri: Nanəli-şokoladlı pryaniklər

29 Oktyabr 2014 07:00
Milli.Az nanəli-şokoladlı pryaniklərin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

175 q 75%-li şokolad
75 q kərə yağı
120 q şəkər tozu
2 yumurta
220 q un
2 x.q. kakao
0,5 ç.q. qabartma tozu
1 çimdik duz
şəkər pudrası (üzərinə)
6 nanə budağı

Şokoladı xırdalayıb yağla birlikdə əridin. Azca soyudun.

Yumurtaları şəkər tozuyla mikserlə ağarınca və həcmi artıncayadək çalın.

Başqa bir qabda quru ərzağı yaxşıca qarışdırın.

Bir qədər soyumuş şokoladı yumurta qarışığına əlavə edin. Nanəni 20 q şəkər tozuyla birlikdə blenderdə xırdalayıb əlavə edin.

Quru qarışığı əlavə edib taxta qaşıqla yaxşıca qarışdırın. Qatı kütlə alınacaq.

Üzərinə qida plyonkası çəkib soyuducuda 2 saat saxlayın.

Qaşığın köməyilə xəmirdən bərabər hissələr götürərək 2,5 sm diametrli kürəciklər hazırlayın.

Kasaya şəkər pudrası tökün, kürələri pudraya batırıb, perqamentin üstünə aralı-aralı düzün.
 
Sonra üzərindən stəkanın dibi ilə yumşaqca basıb yastılayın.

165 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin. Pryaniklər şişəcək və üzərində çatlar əmələ gələcək. Üzəri bir qədər bərk olsa da, çatların arasından görünən xəmir yaş təsiri bağışlayacaq, narahat olmayın, belə də olmalıdır. Əgər çox bişirsəniz, bərk olacaq.

Nuş olsun!

Resept: vk.com/academy_main

Milli.Az