Mətbəx sirləri: Hamburq bulkaları

28 Oktyabr 2014 07:00
Milli.Az Hamburq bulkalarının hazırlanma qaydasını təqdim edir

Tərkibi
(5 ədəd):

250 q mayalı qat-qat xəmir
1 ç.q. darçın
1 x.q. şəkər tozu

üzərinə:
şəkər pudrası

Xəmirin donunu açın, bir az şişməsini gözləyin.

35x25 sm ölçüdə yayın.

Üzərinə azca soyuq su səpin və şəkər tozuyla qarışdırılmış darçın səpin.

Kiçik tərəfdən etibarən rulet kimi bükün (uzunluğu 25 sm olmalıdır).

Ruleti "tikişi" aşağı olmaqla qoyub 5 sm enində 5 yerə bölün.

Hər hissənin ortasında uzun çubuqla uzunasına çökək açın (taxta qaşığın nazik qulpuyla etmək olar). Qorxmayın, bərk basın: bulkaların qırağı içindən yanlara çıxsın, bir az yuxarı qalxsın.

Bulkaları siniyə düzüb üzərinə dəsmal çəkin, 20 dəqiqə isti yerdə saxlayın.

Sobanı 200 dərəcə qızdırın. Sobanın orta gözündə 20 dəqiqə bişirin.

Nuş olsun!

Resept: vk.com/vk_cook

Milli.Az