Nazir və 50 siyasətçi ölümlə hədələndi

28 Oktyabr 2014 22:36

Avstriyanın daxili işlər naziri Yohanna Mikl-Leytner qaçqınlarla bağlı !üumşaq siyasət yürütdüyünə" görə ölümlə hədələnib.
 

Milli.Az Reuters-ə istinadən bildirir ki, naməlum şəxs nazirə ünvanladığı məktubda Mikl-Leytnerin ölkədə yeni qaçqınların məskunlaşmasına imkan verəcəyi təqdirdə onun və hakim koalisiya ilə hökumətdəki daha 50 siyasətçinin öldürüləcəyini vurğulayıb.
 

Avstriya prokurorluğunun mətbuat katibinin açıqlamasına görə, faktla bağlı cinayət işi qaldırılıb.
 

8,5 milyon əhalisi olane Avstriya 2013-cü ildə təqribən 17500 nəfərə sığınacaq verib.
 

Milli.Az