Ebola 2 yaşlı uşağın canını aldı

26 Oktyabr 2014 16:50

ÜST Eboladan ölənlərin sayının 4 min 922 olduğunu bildirib

Ebola virusu bu dafə Malidə ilk xəstənin canını aldı. Anspress-in məlumatına görə, bununla da Mali Ebola virusunun yayıldığı altıcı Cənubi Afrika ölkəsi oldu.

Mali Səhiyyə Nazirliyi paytaxt Konakridən gələn 2 yaşlı xəstənin öldüyü barədə məlumat yayıb. Körpəyə Ebola diaqnozu 23 oktyabr tarixində qoyulmuşdu.

Körpənin ölümündən sonra xəstənin təmasda olduğu və onunla maraqlanan həkim briqadasının karantinə götürüldüyü də açıqlanıb.

ÜST Eboladan ölənlərin sayının 4 min 922 olduğunu bildirib.

ÜST Afrika ölkəsi olan Malidə ölüm hadisəsindən sonra xəsatəliyin keçici olmasına qarşı diqqətli olmaq barədə xəbərdarlıq edib.

Təşkilat uşağın səfəri zamanı virusu başqalarına keçirmə ehtimalının olmasına diqqət çəkib.

Anası ilə ölkəyə gələn körpənin bir neçə kənddən keçdiyini bildirən təşkilat onların cənubda yerləşən Kayesə gəlməzdən əvvəl paytaxt Bamakoda 2 saat qalmasını qeydə alıb.

Milli.Az