Populyar azərbaycanlı bəstəkar: "Evimin sökülməsini normal qarşıladım"
30 Oktyabr 2014 00:40
Tanınmış bəstəkar Nailə Mirməmmədli evinin sökülməsi ilə əlaqədar olaraq yaradıcılığına qısa müddətdə fasilə verib. Bəstəkar bu haqda Milli.Az-a danışıb:
"Mən bu dəqiqə heç mahnını, musiqini fikirləşmirəm. Sovetskidəki evim söküldüyünə görə yeni evə köçmək ərəfəsindəyəm. Evimin sökülməsini normal qarşıladım, çünki bütün bu islahatlar şəhərimizin gözəlləşməsi naminə edilir. 1-2 həftə yaradıcılığıma fasilə vermişəm. İnanmıram ki, tələbələrim və müğənnilər məni rahat buraxacaqlar (gülür). Artıq yeni mahnılarımız hazırdır. Röya üçün "Yenə sevəcəyəm", "Sevgi himni" adlı mahnılar yazmışam. Bundan başqa, Faiq Ağayev, Nazpəri Dostəliyeva üçün də mahnılar bəstələyirəm".
Əli Rəhimoğlu
Milli.Az