Tanınmış azərbaycanlı müğənni: "Onun dərdi məni xəstəliyə saldı" - FOTO

31 Oktyabr 2014 00:40
Tanınmış müğənni Könül Kərimova xəstələnib yatağa düşdü. Bu haqda Milli.Az-a məlumat verən müğənni xəstəliyini oğlunun hərbi xidmətə getməsi ilə əlaqələndirdi:

"Xəstələnib yatağa düşmüşəm. Nə qədər istədim özümü soyuqdan, xəstəliklərdən qoruyum, alınmadı. Özü də işlərimin qızğın bir vaxtında. Oğlumu hərbi xidmətə yola salandan sonra çox həyəcanlandım. Onun dərdi məni xəstəliyə düçar etdi. Xəstəliyim də həyəcandan oldu. Oğlum məndən ayrı düşüb. Məncə, bütün analar mənim keçirdiyim hissləri yaşayıblar. Amma sevinirəm ki, o, hərbi xidmətə, vətəni qorumağa gedib.

Yeniliklərim çoxdur, inşallah, sağalandan sonra hamısını təqdim edəcəyəm".

Əli Rəhimoğlu
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.