Azərbaycanlı müğənni Aygün Kazımovanın nişanlanmasından danışdı - FOTO
28 Oktyabr 2014 02:30
Müğənni Sevinc Ağaşirinova Milli.Az-a maraqlı açıqlamalar edib:
"Bu günlərdə "Ol mənim sevgilim" adlı mahnımı və klipimi təqdim etdim. Hal-hazırda da yeni bir klipin çəkilişinə başlamışıq. Dayanmadan çalışıram, məncə, şou-biznesdə ikinci belə çalışqan insan yoxdur (gülür). Bəzən olur ki, balaca Yəhyama vaxt ayıra bilmirəm. Hamı bilir ki, mənim sevdiyim insan övladımın atasıdır. Çox xoşbəxtəm onunla".
Müğənni son zamanlar Aygün Kazımovanın başına gələn hadisələrə də münasibət bildirib:
"Aygün Kazımovanı çox sevirəm, münasibətlərimiz çox yaxşıdır. O ki qaldı nişanlanmağına, ona hər şey olar. Məncə, onu mətbuatda gedən yazılarla heç kim yıxa bilməz".
Əli Rəhimoğlu
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.