Oktyabrın 22-də, Bakının Xətai rayonunda 20 yaşlı Günel Nuriyevanın öz doğma bacısı tərəfindən öldürülməsi faktı ölkə mətbuatında şok effekti yaratdı. Qətlin Pərvanə Nuriyeva tərəfindən törədilməsi hüquq-mühafizə orqanları tərəfindən təsdiqləndi.Qətldən bir gün qabaq rayondan gələn anaları qızlara baş çəkib; ana və övladı arasında mübahisə yaşanıb; rəfiqələri və müəllimi mərhum Günel Nuriyeva haqda yayılan iddiaları yalanladılar...