Dünyanın ən güclü planşeti hansıdır?

26 Oktyabr 2014 19:57
Yeni nəsil Apple iPad Air 2 planşet kompüteri 1500 MHs takt tezlikli, üçnüvəli A8X prosessoru ilə təchiz edilib. Bu haqda cihazı sınaqdan keçirmiş entuziastlərə istinadən MacRumors nəşri yazıb.

Xatırladaq ki, qabaqcıl iPhone 6 və iPhone 6 Plus smartfonlarına quraşdırılmış Apple A8 prosessoru iki hesablama nüvəsinə malikdir və 1400 MHs takt tezliyində işləyir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Apple istehsalı olan ən yeni planşet və smartfon modellərinin sınağı zamanı, həmçinin məlum olub ki, iPad Air 2 şirkətin bütün mobil qurğuları arasında ən güclüsüdür. Belə ki, Geekbench 3 məhsuldarlıq testində sözügedən cihaz 4477 bal toplayıb, iPhone 6 smartfonu 2879 balla ikinci yerdə qərarlaşıb.

Milli.Az