Populyar "Moment of Peace" - "Sülh Anı" videosunda titrlərdə müəllifi mübahisəli olan bir mətn keçir. Yuxusunda Tanrıdan müsahibə götürdüyünü görən jurnalist insanlarda onu ən çox nəyin təəccübləndirdiyini soruşur. Adi bir suala bütün həyatımızı əks etdirən 4 cümləlik sadə, amma fəlsəfi bir cavab eşidir: "İnsanlarda məni daha çox təəccübləndirən odur ki, uşaq olmaq onları darıxdırır, tez böyüməyə tələsirlər, sonra yenidən uşaq olmağı arzulayırlar. Onlar pul qazanaraq sağlamlıqlarını itirirlər, sonra isə sağlamlıqlarını bərpa etmək üçün qazandıqları pulu xərcləyirlər. İnsanlar gələcək haqqında o qədər düşünür və yaşadıqları zamanı o qədər unudurlar ki, nə indi ilə yaşayırlar, nə də gələcəklə. Onlar elə yaşayırlar ki, sanki heç vaxt ölməyəcəklər və elə ölürlər ki, heç elə bil yaşamayıblar..."Satışda canlı insan böyrəyi 10-25 min manat arasında dəyişir