Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində ümumtəhsil məktəblərində monitorinqlərə başlanılıb. "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq həyata keçirilən "Sağlam təhsil-sağlam millət" layihəsi təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Layihə müxtəlif məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə 10 000 şagirdin davamlı tibbi-gigiyenik, gender, psixoloji-pedoqoji müayinəsinin həyata keçirilməsi və mərhələlər üzrə hesabatların hazırlanmasını nəzərdə tutur.Təhsil Nazirliyi "Sağlam təhsil sinfi" fəaliyyət göstərən məktəblərdə monitorinqlərə başlayıb