Bakıdakı "Formula-1" trası belə olacaq - FOTO

23 Oktyabr 2014 10:24

2016-cı ildə beynəlxalq "Formula-1" avtoçempionatının Qran-Pri mərhələlərindən biri Bakıda keçiriləcək.
 

"Formula 1 Grand Prix Baku" Azərbaycan paytaxtında ilk Avropa Oyunları başa çatdıqdan sonra keçiriləcək.
 

Beləliklə, Azərbaycan postsovet məkanında Rusiyadan sonra F1 yarışına ev sahibliyi edəcək ikinci ölkə olmağa hazırlaşır.
 

Milli.Az bildirir ki, "Tilke GmbH" memarlıq bürosu Bakıda keçiriləcək "Formula-1" mərhələsi üçün yolların layihəsini artıq hazırlayıb.
 

6 kilometr uzunluğunda tras 20 döngədən ibarət olacaq. "Baku Grand Prix LLC" şirkətinin sifarişi ilə hazırlanan layihədə tras 340 km/saat sürət üçün nəzərdə tutulub.
 

"Formula-1" mərhələlərinin keçirildikləri avtodromlar arasında Avropa traslarına gəldikdə isə, yalnız İtaliyanın Monsa şəhərindəki tras bolid pilotlarının əldə edə biləcəkləri sürət baxımından Bakıdakı trasdan üstün olacaq.

"Tilke GmbH"nin rəhbəri, alman memar German Tilkenin dediyinə görə, Bakıdakı trasın bir hissəsi Mons avtodromunu, bir hissəsi isə bobsley trasını xatırladacaq.
 

Trasın ilk hissəsi şəhərin mərkəzindən keçərək 90 dərəcəlik döngələrlə birləşmiş mərhələlərdən ibarət olacaq. Digər hissə isə Bakının tarixi mərkəzinə "daxil" olacaq.
 

Tilkenin layihəsi "Formula-1" komandalarının mühəndisləri üçün asan şərait vəd etmir. Komandaların mühəndisləri belə trasa bolidləri uyğunlaşdırmaq üçün çalışmalı olacaqlar.
 

Trasın ən maraqlı hissəsi isə Bakı Bulvarının yanından keçəcək 2,2 metrlik mərhələ olacaq. Bu mərhələdə "Formula-1" bolidlərinin pilotları sürəti 340 km/saatdan da yüksək səviyyəyə qaldıra biləcəklər.
 

Müqayisə üçün deyək ki, hazırda "Formula-1" avtoçempionatının Qran-Pri mərhələlərinin keçirildiyi avtodromlar arasında yalnız Şanxayda belə sürət mərhələsi var. Amma onun uzunluğu cəmi 1,3 kilometrdir.
 

"Formula-1"in milyonlarla pərəstişkarı Bakı trasından razı qalacaqlar, çünki Bakıdakı yarışda adrenalin ən üst səviyyədə olacaq.

Niyə də yox?!
 

Bakıdakı trasın mərkəzi hissəsində yolun eni cəmi 7 metr olacaq və burada iki bolid çətinliklə yerləşəcək.

Ekspertlər situasiyanı bobsley trasına bənzədirlər.
 

"Bu yerdə teleoperatorlarla fotoqraflar inanılmaz görüntülər çəkə biləcəklər. Bolidlər qədim, yüksək divarların yanından keçərək qəflətən yuxarı qalxacaq və enəcəklər. Maraqlı, ecazkar şou vəd edirəm", - German Tilke deyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.