Rusiya yığmasının Braziliyada keçirilən dünya çempionatından tez çıxması 6 nəfər kommunist deputatı qəzəbləndirib. Onlar Rusiya Federasiyasının Bədən Tərbiyəsi və İdman haqqında qanunvericiliyinə dəyişiklik edilməsini təklif ediblər.
Bir neçə ay ərzində qanun layihəsi bütün lazımi mərhələləri keçib. Dekabr ayında isə Dövlət Dumasının müzakirəsinə çıxarılacaq.
Qanun layihəsini hazırlayan deputatlar tələb edirlər ki, idmançılar məğlub olduqları zaman əmək haqları kəsilsin.
Bu günlərdə Azərbaycanın futbol üzrə milli komandasının sabiq baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında azərbaycanlı futbolçular barədə gileylənmişdi.
"Azərbaycanda futbolu pul üçün oynayırlar. Oyunçular futboldan həzz almırlar. Orada futbolla yaşamırlar. Mən onlara ölkə xaricinə üz tutmağı, orada təkmilləşəcəklərini məsləhət görürdüm. Ancaq belə olsaydı, futbolçular Azərbaycanda qazandıqlarının yalnız 1/5 hissəsini əldə edəcəkdilər. Ona görə də ölkə xaricinə getmirdilər".
Bütün bunlar Azərbaycanda da nəzərə alınmalıdırmı? Bəs siz necə düşünürsünüz, əziz oxucular? Bizim futbolçular da məğlub oluqlarına görə cərimələnsinlərmi?
Fikirlərinizi şərh bölməsində yaza bilərsiniz.
Milli.Az