Payızın ölkəmizə gəlişi dəyişən hava şəraiti ilə hiss olunmağa başlayıb. "Küləklər şəhəri" oktyabrın 19-dan etibarən güclü küləklərə ev sahibliyi edir. Dəyişən hava şəraiti problemləri də özü ilə birgə gətirib. Belə ki, son iki gün ərzində paytaxtda binalar, fərdi evlər, məktəblər güclü küləkdən ziyan görüb. Evlərin və obyektlərin damları, şüşələri sınıb, üzərlərinə ağaclar aşıb. Paytaxtın elektrik enerjisinin verilişində də problemlər yaranıb. Bəzi ərazilərdə işıqlar sönüb.Həftəsonu havaların kəskin pisləşməsi paytaxtda problemlər yaradıb