Kyocera TorqueXT modeli IP67 (30 dəqiqə müddətində suya enmə) və MIL-STD-810G standartları üzrə sertifikatlaşdırılıb. Sonuncu standart telefonun toz, su, hündürlükdən düşməsi, maksimal və minimal temperaturlara qarşı dayanıqlı olmasından xəbər verir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni aparat 800x480 piksel təsvir ölçülü 4 düymlük IPS ekranla təchiz edilib. Ekran cızıqlara qarşı dayanıqlıdır.
Qurğunun 1,2 QHs takt tezlikli ikinüvəli Qualcomm Snapdragon MSM8960 prosessoru, 1 QB əməli və 20 QB fləş yaddaş, 5 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralar, NFC, Wi-Fi 802.11 b/g/n, Bluetooth 4.0 və LTE simsiz rabitə modulları ilə təchiz edilib.
İstehsalçı iddia edir ki, smartfon danışıq rejimində 18,5 saat avtonom işləyə bilər. Akkumulyator batareyasının tutumu 2500 milliamper/saat təşkil edir.
Möhkəm korpusa malik Kyocera Torque XT smartfonu ABŞ bazarında satışa çıxarılıb. Qurğunun pərakəndə qiyməti 360 dollar təşkil edir.
Milli.Az