Lufthansa-nı "laxladırlar"
21 Oktyabr 2014 11:03
1511 reys təxirə salınıb
Lufthansa hava nəqliyyat şirkətinin pilotları tətilinin uzaq məsafəli reysləri də əhatə edəcəyi gözlənilir.
Anspress-in məlumatına görə, indiki tətil Lufthansa pilotlarının bu il ərzində keçirdikləri sayca 8-cidir.
Tətil nəticəsində bazar ertəsi və çərşənbə axşamına nəzərdə tutulmuş 1511 reys təxirə salınıb.
Tətil ilkin olaraq Avropa reyslərini əhatə edib, lakin tətil komitəsi tətilin indi uzaq məsafəli beynəlxalq reysləri də əhatə edəcəyi barədə qərar qəbul edib.
Aviaşirkətdə təqaüdə çıxma yaşının qaldırılması planlarına qarşı keçirilən tətilin təsirini artıq 200 000 sərnişin hiss edib.
Lufthansa tətilin şirkətin gəlirinə və nüfuzuna mənfi təsir göstərəcəyini qeyd edib. Lakin Vereinigung Cockpit (VC) həmkarlar birliyi deyib ki, məqsəd şirkət rəhbərliyinə narazılıqlarını aydın şəkildə bildirməkdir.
5 400 Lufthansa pilotunun marağını təmsil edən VC həmkarlar ittifaqı hava şirkətini hazırkı 55 yaşa bərabər olan təqaüd yaşını qaldırmaq niyyətindən çəkinməyə çağırıb.
Lakin Lufthansa şirkəti bu yaş həddini yalnız mövcud işçilər üçün qüvvədə saxlamağa razılaşır.
VC həmkarlar ittifaqı Lufthansa-nın danışıqlarda mövqeyini "daş divara" bənzədib.
Lakin Lufthansa şirkəti bildirib ki, tətil şirkətə zərər vurmaqla yanaşı, Lufthansa şirkətinin nüfuzuna da ciddi zərbə vurur.
Milli.Az