Aygün Kazımova nişanlısından ayrıldı

20 Oktyabr 2014 16:54

Xalq artisti Aygün Kazımova nişanlısından ayrılıb

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda 106.3 FM-in günorta efirində dicey Kazım Sübhan deyib.

İfaçının yeni "Sənə xəstəyəm" adlı mahnısını təqdim edən aparıcı bunları bildirib:
"Aygün Kazımovanı efirə qoşmaq, mahnısını eksklüziv özünün təqdim etməsini istədim. Amma əhvalının yaxşı olmadığını dedi. Onun adından dinləyicilərə bu sözləri çatdırmağımı xahiş etdi: "Sevgilimdən ayrılmışam. Anladım ki, sevgi mənlik deyil, alınmır. Yenə də özümü ələ alıb, ayağa qalxacam, çox belə çətinliyin öhdəsindən gəlmişəm".

Qeyd edək ki, A.Kazımova bir müddət əvvəl Fikrət adlı şəxslə sevgi yaşadığını bildirmişdi. Cütlük hətta bir neçə gün əvvəl nişanlanmışdı.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.