Nəhəng gəmi yola çıxdı - FOTO

20 Oktyabr 2014 10:43

Danimarkadakı "Odense Staalskibsværft" tərsanəsində inşa olunmuş "Edith Maers" dünyanın ən böyük gəmisidir. "A.P. Moller-Maersk Group" holdinqinin "Maersk Line" gəmiçilik şirkətinə məxsus olan bu gəmi 2006-cı ildən bəri istifadəyə verilmiş "Emma Mærsk", "Estelle Mærsk", "Eleonora Mærsk", "Evelyn Mærsk", "Ebba Mærsk", "Elly Mærsk" və "Eugen Mærsk" konteynerdaşıyan gəmilər "ailə"sinin mənsubudur.
 

Gəmilər şirkətin sahibi Arnold Mersk Makkinni Möllerin ailə üzvlərinin adlarını daşıyır.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 200 min ton su tutumuna malik "Edith Maersk"in tonnajı 156907 ton, uzunu 397 metr, eni 56 metr, hündürlüyü 30 metrdir.
 

Dünyanın ən böyük yük gəmisi 13500 konteyner daşıya bilir.
 

Dünən "Edith Mares" Londonu Esseks səmtindəki "London Gateway" limanından tərk edərək Temza çayına çıxıb.
 

Gəmi Sinqapura yönəlir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.