7 milyon hibrid Toyota satılıb - FOTO

18 Oktyabr 2014 19:28
Toyota şirkəti bütün dünyada bu günədək 7 milyondan artıq hibrid qurğulu avtomobil satıb. Bura Lexus markalı maşınlar da daxildir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, 2014-cü ilin əvvəlindən şirkət 980 000 hibrid satmağa müvəffəq olub. Əgər bu gedişat saxlanılarsa, ilin axırınadək satılan Toyota hibrid avtomobillərinin sayı 1 300 000 nüsxə ola bilər. Həmin maşınların qənatcilliyi bu ehtimalı daha da qüvvətləndirir. Xatırladaq ki, keçən il Toyota və Lexus markaları birgə 1 280 000 hibrid avtomobil satmışdılar.

Hazırda şirkətin hibrid model sırasına 28 model və onların modifikasiyası daxildir. Gələn il bu sıraya daha 15 avtomobil əlavə ediləcək. Bu isə markanın reytinqini daha da artmasına kömək edəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.